Avtomobil mühərriklərinin sağlam işləməsi üçün mühüm şərtlərdən biri müntəzəm mühərrik yağı dəyişimidir. Yağ mühərrikin hərəkət edən hissələrini yağlayır, sürtünməni azaldır və istiliyi tənzimləyir. Lakin çox sürücülər yağ dəyişimini gecikdirirlər və bu, ciddi fəsadlara yol açır.
Yağ dəyişikliyinin gecikməsinin əsas problemləri:
-
Mühərrik hissələrinin sürtünməsinin artması – köhnəlmiş yağ hissələrin daha tez aşınmasına səbəb olur.
-
Korroziya və paslanma riski – yağın qoruyucu xüsusiyyətləri azalır, metal səthlərə zərər verə bilər.
-
Mühərrik performansının azalması – avtomobilin yanacaq sərfiyyatı artır və güc itir.
-
Mühərrik arızaları və baha təmir – gecikmiş yağ dəyişimi mühərrikdə ciddi nasazlıqlara gətirib çıxara bilər.
MegaCar xidməti ilə siz müntəzəm və vaxtında yağ dəyişimini təmin edərək mühərrikin ömrünü uzada bilərsiniz. Biz yalnız keyfiyyətli yağlardan istifadə edirik və hər avtomobil üçün uyğun seçim edirik.