Daxilində olan işlər:
-
Əl əyləci tənzimlənməsi və kabellərin (trosların) dəyişilməsi
-
Arxa və ön yastıqların (naklatka) dəyişilməsi
-
Əyləc disklərinin (apornıy) dəyişilməsi, sökülüb-yığılması
-
Barabanların təmiri, yağlanması və balansının yoxlanması
-
Hidravlik sistemlərin yoxlanması, nasos və silindrlərin tənzimlənməsi
-
Əyləc mayesinin dəyişilməsi və sistemin hava boşluqlarının alınması
Ətraflı açıqlama:
Əyləc sistemi avtomobilin təhlükəsizliyinin ən kritik elementidir. Qəzaların qarşısını almaq, dayanma məsafəsini azaltmaq və sürüş zamanı stabilliyi qorumaq üçün əyləc komponentləri daim sağlam olmalıdır. Düzgün işləməyən əyləc diskləri, yastıqlar və hidravlik sistemlər qəza riskini artırır. Bu xidmət avtomobilin əyləc performansını maksimum səviyyəyə gətirir, barabanların, disklərin, yastıqların və hidravlik sistemin ömrünü uzadır, sürücüyə tam etibarlılıq təmin edir.